RUSİYA

Putin və Ərdoğan təhlükəsizlik zəmanətlərinə dair təklifləri müzakirə ediblər

iderlər Rusiya və Türkiyə arasında əməkdaşlığın əsas nəticələrini yekunlaşdıraraq, qarşılıqlı faydalı tərəfdaşlığı daha da intensivləşdirmək niyyətlərini təsdiqləyiblər.
Sputnik
BAKI, 2 yanvar - Sputnik. Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Rusiyanın təhlükəsizlik zəmanətləri, Qafqaz, Suriya və Liviyadakı vəziyyətlə bağlı təkliflərini müzakirə edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, söhbət əsnasında iki ölkə lideri beynəlxalq mövzulara da toxunub:
"O cümlədən Rusiya Federasiyasının təhlükəsizliyinə təminat verən hüquqi cəhətdən rəsmiləşdirilmiş sazişlərin işlənib hazırlanması üzrə məlum təkliflər, Zaqafqaziyada vəziyyət, Suriya və Liviya nizamlanması məsələləri də diqqət mərkəzində olub"
Bundan əlavə, liderlər Rusiya və Türkiyə arasında əməkdaşlığın əsas nəticələrini yekunlaşdıraraq, qarşılıqlı faydalı tərəfdaşlığı daha da intensivləşdirmək niyyətlərini təsdiqləyiblər.
Tərəflər həmçinin Yeni il münasibətilə bir-birini təbrik ediblər.
Sonda şəxsi əlaqələrin davam etdiilməsi barədə razılığa gəlinib.