BAKI, 2 yanvar - Sputnik. Azərbaycan ordusunun əsgəri mina partlayışı nəticəsində xəsarət alıb. Bu barədə Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir.
Məlumatda deyilir ki, yanvarın 2-də Kəlbəcər rayonunun Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Eyniyev Yusif Süleyman oğlu xəsarət alıb.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əsgər Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib. Faktla bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Report-a bildirilib ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.
Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.