BAKI, 2 yanvar - Sputnik. Ginnesin rekordlar kitabı tərəfindən dünyanın ən yaşlı qadını kimi tanınan yapon qadın Keyn Tanaka bu gün 119 yaşını qeyd edir.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Tanaka Fukuokadakı qocalar evində yaşayır və bəzi məhdudiyyətlərinə görə qohumları ilə görüşmək imkanı çox azdır.
Yapon qadın 2 yanvar 1903-cü ildə anadan olub. Onun əri və böyük oğlu İkinci Dünya Müharibəsi zamanı həlak olub.
Tanaka bütün həyatı boyu müharibədən əvvəl açılmış şirniyyat mağazasında çalışıb. 1970-ci illərdə təqaüdə çıxandan sonra o, bir neçə dəfə ABŞ-a səfər edib. 2005-ci ildən Fukuokada qocalar evində yaşayır.