HADİSƏ

Sərnişin avtobusunun qəzaya uğraması nəticəsində yaralananlardan biri həlak olub

Sərnişin avtobusu minik maşını ilə toqquşaraq yoldan çıxıb və aşıb.
Sputnik
BAKI, 2 yanvar — Sputnik. İsmayıllıda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində yaralanan 13 nəfərdən biri ölüb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir.
Xatırladaq ki, Bakıdan Şəki istiqamətinə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusu İsmayıllı şəhəri ərazisində "Niva" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində avtomobillərdə xəsarət alan 13 nəfər İsmayıllı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq NİVA markalı minik avtomobilinin sürücüsü Laçın rayonundan olan və İsmayıllıda məskunlaşan 1970-ci il təvəllüdlü Qaraşov Xaliq Valeh oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır
İsmayıllıda yol-nəqliyyat hadisəsi
30 dekabr
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycanın bölgə müxbiri xəbər verir ki, Bakıdan Şəki istiqamətinə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusu İsmayıllı şəhəri ərazisində "Niva" markalı minik avtomobili ilə toqquşub və yoldan çıxaraq aşıb.
Hadisə zamanı Şəki sakinləri - 1994-cü il təvəllüdlü Seyidova Esmira İlqar qızı, 1981-ci il təvəllüdlü Güliyeva Gülafət Ağasəf qızı, 1993-cü il təvəllüdlü Məmmədli Arzuman Əvəz oğlu, 1985-ci il təvəllüdlü Səmədova Dürdanə Fikrət qızı, 1974-cü il təvəllüdlü Səlimov Yaşar Hacıbaba oğlu, 1991-ci il təvəllüdlü Abduləzimov Mehman Əlixan oğlu, 1973-cü il təvəllüdlü Səlimova Könül Muxtar qızı, 1986-cı il təvəllüdlü Hacıyev Sadiq Əsabəli oğlu, 1989-cu il təvəllüdlü Əhmədov Elvin Vədadil oğlu, 2004-cü il təvəllüdlü Xəlilova Şəbnəm Rəhim qızı, 2005-ci il təvəllüdlü Qaraşov Qürbət Xaliq oğlu, Bakı sakini 1997-ci il təvəllüdlü Məmmədov Pərviz Sahib oğlu, İsmayıllı sakini, 1970-ci il təvəllüdlü Qaraşov Xaliq Valeh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.