DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ sakinlərinin 50%-i ölkədə demokratiyanın vəziyyətindən razı deyil - Sorğu

Qeyd olunur ki, 2017-ci ildə keçirilmiş əvvəlki sorğuya görə, respondentlərin 63%-i Amerika demokratiyası ilə fəxr edirdi, ABŞ vətəndaşlarının 36%-i isə bunun əksini düşünürdülər.
Sputnik
BAKI, 2 yanvar - Sputnik. ABŞ əhalisinin təxminən yarısı (46%) ölkədə demokratiyanın vəziyyətindən məmnun deyil. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, müvafiq sorğunun cavabında amerikalıların xeyli hissəsi demokratiyanın vəziyyətindən ya "az" razı olduqlarını ya da mövcud vəziyyətdən "ümumiyyətlə" razı olmadıqlarını dilə gətiriblər.
Washington Post qəzeti və və Merilend Universitetinin birgə sorğusuna əsasən, respondentlərin yalnız 54%-i ABŞ-dakı demokratiya ilə fəxr etdiyini bildirib: 11%-i “çox qürur duyuram”, digər 43%-i “qismən fəxr ediəm” cavabını veriblər.
Qeyd olunur ki, 2017-ci ildə keçirilmiş əvvəlki sorğuya görə, respondentlərin 63%-i Amerika demokratiyası ilə fəxr edirdi, ABŞ vətəndaşlarının 36%-i isə bunun əksini düşünürdülər.
Sorğu 17-19 dekabr 2021-ci il tarixlərində onlayn və telefon vasitəsilə keçirilib.
Tədqiqat 1101 böyük yaşlı amerikalının iştirakı ilə, 4% bəndi xəta ehtimalı ilə aparılıb.