BAKI, 1 yanvar - Sputnik. Yeni ilin ilk günündə Roma Papası Fransisk Yer üzündə sülhün bərqərar edilməsinə çağırıb və Roma Katolik Kilsəsinin qeyd etdiyi Ümumdünya Sülh Günü münasibətilə bu gün baş tutan çoxsaylı təşəbbüslərin təşkilatçılarına təşəkkür edib.
Vatikandakı Apostol Sarayının pəncərəsindən dindarlara müraciət edib:
“Yeni ilin əvvəlində hər kəsə sülh arzulayıram ki, bu da bütün xeyirlərin cəmidir”.
Pontifik xatırladıb ki, Ümumdünya Sülh Günü Papa VI Paul tərəfindən təsis edilib və ilk dəfə 1968-ci il yanvarın 1-də qeyd olunub. Bu baxımdan o, 1963-cü ildə Papa İoann XXIII tərəfindən soyuq müharibənin qızğın çağında yazılmış məşhur “Pacem in terris” (“Yer üzündə sülh”) ensiklopediyasına diqqət çəkib.
Papa Fransiskin sözlərinə görə, bu mesaj "həmişəkindən daha aktualdır".
"Biz evə düşünərək gedəcəyik: sülh, sülh, sülh! Bizə sülh lazımdır! Bu gün televiziya proqramında müharibə, evsizlər, yoxsulluq görüntülərini gördüm ... Bu gün dünyada baş verənlər belədir. Biz sülh istəyirik!” – deyə Papa Müqəddəs Pyotr meydanına toplaşan dindarlara xitab edərək vurğulayıb.
Həmçinin oxuyun:
Merkel və tutuquşular, Roma Papası və Catra festivalı - həftənin şəkilləri
Hələ belə şey olmamışdı: Rahibin səhvi gənclərə şok yaşatdı