BAKI, 1 yanvar - Sputnik. Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqıiyyat qəzası baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, Kürdəmirdən Bakı istiqamətində hərəkətdə olan mikroavtobusun sürücüsü idarəetməni itirib.
Qəza səbəbindən mikroavtobus yol kənarındakı beton maniyəyə deyərək aşıb. Hadisə zamanı avtomobildə olan Ağdam rayon sakinləri 45 yaşlı Cəlal Qüdrət oğlu İmanov, 20 yaşlı Nahid Şahid oğlu Həsənov, 56 yaşlı Şövkət Əhməd qızı Xəlilova və Yağmur Rahib qızı Xəlilzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq 31 yaşlı Rahib Osman oğlu Xəlilovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı yol polisi əməkdaşları tərəfindən araşdırma aparılır.
Həmçinin oxuyun: