PAYTAXT XƏBƏRLƏRİ

Bakı Yeni ili belə qarşıladı - VİDEO

Paytaxtın Dənizkənarı Milli Parkında möhtəşəm atəşfəşanlıq təşkil edilib
Sputnik
BAKI, 1 yanvar - Sputnik. Bir neçə dəqiqə öncə 2021-ci yerini növbəti sənəyə təhvil verdi.
2022-ci ilin gəlişi münasibətilə Dənizkənarı Milli Parkda möhtəşəm atəşfəşanlıq təşkil edilib.
Qeyd edək ki, bayram tədbirlərinin təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə hələ günortadan Bakının Azneft, Dənizkənarı bulvar – Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilmişdi.