VİDEO

Azərbaycanda yaşayan gürcülər Yeni ili necə qeyd edirlər

Gürcülərin Yeni ili necə qeyd etdiklərini görmək üçün Qax rayonunun Qaxbaş kəndində gürcü ailəsində olduq. Ətraflı Sputnik Azərbaycan-nın videosunda.
Sputnik
Ölkəmizdə yaşayan azsaylı xalqlar Yeni ili öz adət-ənənələrinə uyğun şəkildə qeyd edirlər. Qax rayonunda yaşayan gürcülər də bu bayramı səbirsizliklə gözləyirlər. Çünki onlar Yeni ili daha maraqlı qeyd edir, günlərlə bu bayram üçün hazırlıq görürlər. Yeni ili necə qeyd etdiklərini görmək üçün Qax rayonunun Qaxbaş kəndində gürcü ailəsində olduq.
Gürcü xalqının yeni ildə qeyd etdiyi ən maraqlı adət "Givinin doki" adlanan qabda çaxırın içilməsidir. Həmin qaba çaxır süzdükdə qabın üzərindəki kişinin şəklindən göz yaşlarının axdığını görmək olur. Bundan başqa, həmin gecə buynuzda çaxır içmək vacib əməllərdən sayılır.
Hətta bayram süfrələrində Azərbaycanın milli mətbəxindən olan şirniyyatlara, yeməklərə də rast gəlmək mümkündür.