Vətən müharibəsindəki qələbədən sonrakı ilk il olan 2021-ci il şad və təbii ki, bəzi kədərli məqamları ilə yadda qaldı. Başa çatmaqda olan ildə bir çox “ilk”lər oldu. Bu ilklərdən bəziləri Zəfərlə bağlı deyildi.
Birinci olaraq, yay aylarında Bakıda keçirilmiş futbol üzrə Avropa çempionatının qrup mərhələsinin 3 qrup və 1/4 finalının 1 oyununu qeyd etmək lazımdır. Gözlənildiyinin əksinə olaraq, Türkiyə millisi yaxşı oyun göstərmədi, lakin yenə də bu miqyaslı futbol qarşılaşmaları hər bir azarkeş üçün bayramdır.
Digər yaddaqalan hadisələr içərisində isə pandemiya ilə əlaqədar bağlanmış Bakı metropoliteninin, həmçinin ticarət mərkəzləri və iaşə obyektlərinin yenidən açılmasıdır.
İlin ən kədərli hadisəsi kimi noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasını qeyd etmək lazımdır. Hadisə nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb.
Kədərdən söz düşmüşkən, vurğulayaq ki, Vətən müharibəsinin başladığı gün – Anım günü də sentyabrın 27-də ölkədə böyük hüznlə qeyd olundu.
Noyabrın 9-da və sentyabrın 15-də qeyd olunan Zəfər günü və Qafqaz İslam Ordusunun Bakını azad etdiyi gün isə hərbçilərin möhtəşəm yürüşləri yadda qaldı.
Zəfərin nəticələrindən danışarkən, işğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərini və ora edilən səfərləri qeyd etməsək, olmaz. İyulun 15-də azad edilmiş Şuşada Azərbaycan və Türkiyə liderləri bəyannamə imzaladılar, oktyabrın 26-da isə azad edilmiş ərazilərdə ilk olaraq Füzuli Beynəlxalq Hava limanının açılışı keçirildi.
Hava limanının açılışı və ümumiyyətlə digər quruculuq işlərinin həyata keçirilməsi üçün ANAMA əməkdaşları il ərzində gərgin işləyərək əraziləri minalardan təmizləyiblər.
Təbii, il yalnız bu hadisələrlə yadda qalmayıb. İlin bu və digər hadisələri barədə Sputnik Azərbaycan-ın fotolentində tanış ola bilərsiniz.