FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Dünyanın 2021-ci ili fotolarda

Hər ilin 365 günü yüzlərlə hadisələrlə dolu olsa da, onlardan yalnız bir neçəsi yaddaşa həkk olur. Belə hadisələrin izlərini Sputnik Azərbaycan-ın fotolentində topladıq.
Sputnik
BAKI, 31 dekabr – Sputnik. Pandemiyanın ikinci ili kimi də yadda qalan yola salmağa hazırlaşdığımız sənə həm müsbət, həm də təhlükə saçan hadisələrlə dolu oldu. Sputnik Azərbaycan xüsusi fotolentində oxucularına dünya siyasətində, iqtisadiyyatında, idmanında baş verən ən parlaq olayları təqdim edir.
1 / 10

Bitməkdə olan ildə mərkəzi hadisələrdən biri Rusiya-ABŞ sammiti oldu. Yay vaxtı, iki ölkənin münasibətlərinin gərildiyi bir zamanda, görüş Cenevrədə baş tutdu.

2 / 10

Süveyş kanalında saya oturmuş 400 metr uzunluqdakı Ever Given gəmisi yük axınının qarşısını düz bir həftə kəsdi.

3 / 10

Bu il Əfqanıstan da adından çox söz etdirdi – Qərb koalisiyası qoşunlarını toplayıb bu ölkədən çıxdı.

4 / 10

Ötən – 2020-ci ildən qalan Tokio Yay Olimpiya Oyunları da sakit keçmədi – idman arenalarının bayırında yaponlar etiraz aksiyalarından qalmadılar.

5 / 10

Ancaq böyük idman həmişə bayramdır.

6 / 10

İlin ən yaddaqalan hadisələrindən biri Ceff Bezos, Oliver Demen, Uolli Fank və Mark Bezosun Blue Origin New Shepard gəmisində kosmosa uçmaları oldu.

7 / 10

Yayda Avropanın bir çox ölkəsi meşə yanğınlarının cənginə düşdü. Ən çox ziyan görən isə Türkiyə oldu – Azərbaycan başda olmaqla dünyanın bir çox ölkəsi fəlakətlə mübarizəyə dəstək verdi.

8 / 10

2021-ci il həmçinin təxirə salınmış AVRO-2020 ilə yadda qaldı.

9 / 10

Bundan əlavə, Belarus-Polşa sərhədinə toplaşan minlərlə miqrant Avropanın narahatlığına səbəb oldu.

10 / 10

Dünya isə koronavirusa görə iki cəbhəyə bölündü - peyvənd tərəfdarları və məcburi vaksinasiyaya qarşı çıxanlar.