FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Yola saldığımız ilin simaları - fotolent

Sputnik Azərbaycan sona çatan 2021-ci ilin "ulduz"una çevrilən simaların: alimlərin, siyasətçilərin, idmançıların və müxtəlif sahələrdə rekordçuların portretlərinə baxmağı təklif edir.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Kütləvi informasiya vasitələrində hər gün yüzlərlə insan haqqında məlumatlar çıxır, ancaq onlardan yalnız bir neçəsi fərqlənir və xüsusilə yadda qalır. Bunlar siyasətçilər, alimlər, idmançılar, iş adamları, incəsənət adamları və hətta bu kateqoriyaların heç birinə aid olmayanlar da ola bilər. Onların bəziləri uğurları, bəziləri uğursuzluqları, bəziləri isə sadəcə qalmaqallarla yadda qalıb.
Sputnik Azərbaycan geridə qalacaq ilin ən yaddaqalan simalarını xüsusi fotolentdə toplayıb. Bu fotolentdə Nobel mükafatı laureatları, siyasətçilər, idman və mədəniyyət ulduzları, hətta Yaponiyanın yaşlı sakini də var. Ancaq onları birləşdirən bir şey var - onların hər biri bitməkdə olan 2021-ci ildə fərqli mənada seçilib.
1 / 14

İlon Mask - onun "SpaceX" şirkəti Aya kosmonavt endirərək bu il 2,9 milyard dollarlıq NASA müqaviləsini qazanıb. ABŞ-ın "Time" jurnalına görə, o, İlin Adamıdır.

2 / 14

Makkenzi Skott - "Forbes" jurnalına görə, dünyanın ən nüfuzlu qadınıdır.

3 / 14

Beyonse - 2021-ci ildə ən çox "Grammy" mükafatını qazanan qadın rekordçudur.

4 / 14

Lionel Messi - 7-ci dəfədir ki, "Qızıl top"un qalibidir, bu, rekord göstəricidir.

5 / 14

Xloya Çjao - ən yaxşı film, rejissorluq, uyğunlaşdırılmış ssenari, montaj üçün Oskar mükafatçısıdır.

6 / 14

Lyuis Hemilton – "Formula 1" Qran-Prisində ən çox qələbə qazanan rekordçudur. 2021-ci ildə o, "Formula 1"in müxtəlif mərhələlərində 100 qələbə qazanaraq tarixə düşüb. Dekabrın ortalarında isə Şahzadə Çarlz Hemiltonu cəngavər elan edib.

7 / 14

Bernar Arno - dünyanın ən zəngin adamıdır.

8 / 14

Harnaaz Sandhu - "Kainat gözəli-2021" müsabiqəsinin qalibidir.

9 / 14

İnyatsio Kassis - İsveçrənin yeni prezidentidir.

10 / 14

Devid Munyoz – "Best Chef Awards 2021"ə görə, dünyanın ən yaxşı aşpazıdır.

11 / 14

Kane Tanaka - Yer kürəsində yaşayan ən yaşlı insandır (118 yaş).

12 / 14

Jair Bolsonaru – "Time" jurnalının oxucularına görə, İlin Adamıdır.

13 / 14

Kamala Harris - 20 yanvar 2021-ci ildən ABŞ-ın vitse-prezidentidir; ABŞ tarixində vitse-prezident vəzifəsini icra edən ilk qadın, qaradərili və Asiya mənşəli ilk siyasətçidir.

14 / 14

Olaf Şolts - Almaniyanın yeni kansleridir.