SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Vladimir Putin azərbaycanlı həmkarını təbrikində Soçidə keçirilən görüşləri də vurğulayıb.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşıdan gələn yeni, 2022-ci il münasibətilə təbrik edib. Sputnik Azərbaycan Kremlin saytına istinadən xəbər verir ki, Rusiya Prezidenti Azərbaycandan olan həmkarına məktub göndərib.
Təbrik məktubunda qeyd olunur ki, ötən il iki ölkə başçılarının Moskva və Soçidə keçirilən görüşləri Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmliyini tam olaraq təsdiqləyib.
"Rusiya-Azərbaycan əlaqələrinin bütün spektrini daha da inkişaf etdirmək üçün konstruktiv dialoqun və sıx birgə işin davam etdirilməsinə ümid ifadə olundu – bunun iki ölkə xalqlarının köklü maraqlarına cavab verdiyi vurğulanıb", - deyə məktubda bildirilir.