PAYTAXT XƏBƏRLƏRİ

Tıxac deputatı özündən çıxardı: Gəlib izahat versinlər

Deputat diqqətə çatdırıb ki, intellektual idarəetmə əvəzinə primitiv cərimə yığmaq yolunu seçmişik.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. "Hər gün insanlar 2-4 saat tıxacda qalırlar, əvvəllər pik saatlar olurdu, indi pik saat anlayışı da yoxdur. İstənilən an tıxacda qalırsan".
Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, bu istiqamətdə məsuliyyət daşıyan qurumların bu problemin gələn il necə həll olunacağı ilə bağlı izahat verməsini gözləyirik:
"İntellektual idarəetmə əvəzinə primitiv cərimə yığmaq yolunu seçdik. İctimai nəqliyyatın strukturu genişləndirilmədi, bu sahəni inkişaf etdirə bilmədik".
Deputat diqqətə çatdırıb ki, məmurun işi səhər saat 9-da başlayırsa, o, saat 7-dən yola çıxır: "Biz bu istiqamətdə düşünməliyik. Gələn ili "Bakı şəhərinin xilası ili" kimi qeyd etməliyik. Necə edək ki, insanlar tıxacda vaxt itirməsinlər, insanlara yol xəritəsi təqdim olunsun".