BAKI, 30 dekabr — Sputnik. Milli Məclisin payız sessiyası başa çatıb.
Bu gün Milli Məclisin payız sessiyasının sonuncu iclasında parlamentin sədri Sahibə Qafarova deyib ki, 2021-ci ildə ümumilikdə 38 plenar iclası keçirilib, 189 qanun və 33 qərar qəbul edilib, 154 qanuna dəyişiklik edilib: "Buraya "Müstəqillik Günü haqqında, Amnistiya ilə bağlı Milli Məclisin qərarı, "Media haqqında" qanun, dövlət büdcəsi zərfinə daxil olan 22 qanun layihəsi daxildir. Milli Məclis qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib".
Qeyd edək ki, sonuncu iclasda 9 məsələ müzakirə edilib və qəbul edilib.
İclasda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul olunub.
Sonda sessiyaya yekun vurulub və Azərbaycanın Dövlət Himni səsləndirilib.