FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bəzənmisən al-əlvan: Bakının Yeni il ab-havası

Yeni ilin gəlişinə lap az qalıb, bu ərəfədə paytaxtımız qışın ən maraqlı və şən bayramına, demək olar ki, hazırdır.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Şəhərin bayramsayağı bəzədilməsi və işıqlandırılması Yenil il əhval-ruhiyyəsinin yaranmasında mühüm rol oynayır. Al-əlvan bəzədilən böyük Yolka, Yeni il işıqlarından düzəldilmiş tuneldə çəkilən şelfi, bayram yarmarkasında gəzinti – bütün bunlar insanı bayram əhval-ruhiyyəsinə kökləyir.
Hər il olduğu kimi, bu il də Bakının mərkəzi küçələrində bir neçə yolka qurulub. Bir iri və bir neçə kiçik şam ağacından ibarət ən böyük Yeni il kompozisiyası "Azneft" meydanında təşkil olunub. İnsanların ənənəvi gəzinti yerlərində – Dənizkənarı Parkda, Fəvvarələr meydanında, parklarda, bağlarda da şam ağacları bəzədilib.
Yeni il sayağı bəzədilmiş paytaxtımızın işıq saçan mərkəzi küçələrindən kadrlar Sputnik Azərbaycanın fotolentində.
1 / 17

Bakıdakı "Azneft" meydanında qurulmuş yolka.

2 / 17

Şəhərin mərkəzindəki Yeni il tuneli.

3 / 17

Bakının Mərkəzi Parkında qurulmuş Yeni il yolkası.

4 / 17

Bakıda "Yeni il kəndi".

5 / 17

Bu işıqlı tunel düz Bakı Bulvarına aparır.

6 / 17

Bakının Qar adamı.

7 / 17

"Azneft" meydanında qurulmuş Yeni il yolkası.

8 / 17

Bayramsayağı bəzədilmiş maral.

9 / 17

Bakının mərkəzində qurulmuş yolka.

10 / 17

Santa-Klauslar Bakını "ələ keçiriblər".

11 / 17

Nağıllar aləmində.

12 / 17

Şaxta babaının gəlişini gözləyən bakılı qız.

13 / 17

Bu da Şaxta baba!

14 / 17

Yeni ildə Bakıya panda da qonaq gəlib.

15 / 17

Bakının Yenil il sayağı bəzədilmiş mərkəzi küçəsi.

16 / 17

Bakıdakı "Azneft" meydanında qurulmuş yolka.

17 / 17

Bakının Yeni il mənzərəsi.