HADİSƏ

Bakı-Sumqayıt yolunda qorxunc qəza, ölən var

Axşam saatlarında Bakı-Sumqayıt yolunda baş verən qəzada bir nəfər ölüb.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Bakı-Sumqayıt yolunda ağır qəza olub.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla bildirir ki, Bakı şəhərinin Binəqədi rayonu ərazisində "ГАЗел" markalı yük avtomobili beton maneəyə çırpılıb. Avtomobilin sürücüsü, 1964-cü il təvəllüdlü Quliyev Nazim Əhliman oğlu qəza zamanı həlak olub.
Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünün meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.