BAKI, 30 dekabr — Sputnik. Azərbaycan və Qətər arasında viza rejimi ləğv olunur.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Azərbaycan və Qətərin etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları qarşılıqlı olaraq bu ölkələrin ərazisində 30 gün vizasız qala biləcəklər.
Saziş səsə qoyularaq bir oxunuşda qəbul edilib.