BAKI, 28 dekabr — Sputnik. Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti vətəndaşlarının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtına daxil ola biləcəyi "yaşıl" ölkələrin siyahısını dərc edib. Siyahıya Azərbaycan da daxil edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun rəsmi "Twitter" səhifəsində deyilir. Əvvəlki siyahıdan fərqli olaraq, yeni siyahıda 95 deyil, 2019-cu ilin sonunda koronavirus infeksiyasının ilk aşkarlandığı Çin də daxil olmaqla 73 ölkə yer alıb.
Səyahətçilərin Əbu-Dabiyə gəlməsinə icazə verilən ölkələr sırasına Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Ermənistan, Ukrayna, Türkmənistan, Suriya, İraq, İran, İsrail, İtaliya, Yaponiya da daxildir.
Bir sıra Avropa ölkələri, eləcə də Şimali və Cənubi Amerika ölkələri də "yaşıl" siyahıya daxil edilib.
Həmçinin oxuyun:
Turistlərə dəymiş zərəri kompensasiya etməli: "Turizm haqqında" qanun bunu tələb edir