AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda "Zoom"un analoqu yaradılıb

İstifadəçi videokonfrans yaradıb linkini paylaşa bilər. Videokonfransa qeyri-məhdud sayda iştirakçı qatıla bilər. Bütün proseslər veb-platforma üzərində qurulduğu üçün əlavə proqramın quraşdırılması tələb olunmur.
Sputnik
BAKI, 28 dekabr — Sputnik. Azərbaycanda videokonfransların təşkili üçün pulsuz veb-platforma (meet.yer.cloud) istifadəyə verilib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, həmin layihənin rəhbəri Rəşad Əliyevdir.
Onun sözlərinə görə, "Zoom"un iş prinsipi ilə fəaliyyət göstərən bu platformanın fərqli cəhəti ondan ibarətdir ki, onlayn konfransların bütün məlumat bazası xaricdə deyil, ölkə daxilində saxlanılır. İstifadəçi videokonfrans yaradıb linkini paylaşa bilər.
Videokonfransa qeyri-məhdud sayda iştirakçı qatıla bilər. Bütün proseslər veb-platforma üzərində qurulduğu üçün əlavə proqramın quraşdırılması tələb olunmur.
Həmçinin oxuyun:
Smartfon batareyalarını ən çox hansı mobil tətbiqlər boşaldır?