HADİSƏ

Yeni il gəlməmiş daha bir yolka yandı

Ötən həftə "Park Bulvar" Ticarət Mərkəzinin yaxınlığında da Yeni il yolkası yanmışdı.
Sputnik
BAKI, 27 dekabr — Sputnik. Bərdənin mərkəzi küçəsində quraşdırılan yolka yanıb.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, hadisə gecə yarısı Bərdə rayon icra hakimiyyəti binasının yaxınlığında baş verib.
Yeni il münasibətilə quraşdırılan şam ağacının yandığını görən şəhər sakinləri Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər.
Yanğınsöndürənlər alov başqa yanğınlara səbəb olmadan onun qarşısını alıb. Yanğının başvermə səbəbi araşdırılır.
Xatırladaq ki, buna bənzər hadisə ötən həftə "Park Bulvar" Ticarət Mərkəzinin yaxınlığında qeydə alınmışdı.