RUSİYA

Rusiyada analoji hadisə: daha bir helikopter qəza enişi edib

Hadisə bölgədə neft kəmərlərinin yoxlanışı keçirilərkən baş verib. Əvvəlcə helikopterlə əlaqə itsə də, qısa müddət sonra pilotlar əlaqəyə çıxa biliblər.
Sputnik
BAKI, 27 dekabr — Sputnik. Rusiyanın İjevsk şəhərində Mi-2 helikopteri qəza enişi edib. Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, helikopterdə iki nəfər olub. Onların həlak olmadığı bildirilir.
Qeyd olunur ki, hadisə bölgədə neft kəmərlərinin yoxlanışı keçirilərkən baş verib. Əvvəlcə helikopterlə əlaqə itsə də, qısa müddət sonra pilotlar əlaqəyə çıxa biliblər. Hadisə yerinə xilasedicilər göndəriliblər.
Bu ilin iyulunda Rusiyanın Rostov əyalətində "Mi-2" helikopteri sərt eniş etmişdi. Hadisə Kirsalovo qəsəbəsində, düyü yetişdirilən sahədə baş verib. İnsident nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb.
İlkin məlumata görə, qəzaya səbəb mühərrikdə nasazlığın baş verməsi olub.
Daha bir helikopter qəzası isə bu ilin mayında Rusiyanın Çukotka muxtar dairəsində Mi-8 helikopteri sərt eniş edib. Hadisə nəticəsində 4 nəfər həlak olub.
Qeyd olunur ki, qəza helikopterin təmirindən sonra sınaq uçuşu zamanı baş verib. Həlak olanların hamısı hərbçidir.
Helikopter sərt eniş etdikdən sonra yanğın başlayıb. Hadisəyə texniki nasazlıq səbəb olub.
Qeyd edək ki, bundan cəmi bir neçə gün öncə ölkədə daha bir helikopter qəzası baş vermişdi.
Həmçinin oxuyun:
Rusiyada daha bir vertolyot qəzası – Ölənlər var
Rusiyada helikopter sərt eniş etdi – Ölən və yaralı var