MƏDƏNİYYƏT

Müğənni Aysel Məmmədova "Eurovision-2022"də çıxış edə bilər, ancaq bir şərti var - VİDEO

Azərbaycanlı müğənni Aysel Məmmədova bu dəfə beynəlxalq müsabiqənin qalibi ola biləcəyinə əmindir.
Sputnik
BAKI, 27 dekabr - Sputnik. Müğənni Aysel Məmmədova Azərbaycanı “Eurovision-2022” beynəlxalq mahnı müsabiqəsində təmsil etməyə hazırdır.
Məmmədova 2018-ci ildə bu layihədə X my heart mahnısı ilə çıxış edib. Yaxşı vokal bacarığına baxmayaraq, finala vəsiqə qazana bilməyib. Aysel bu dəfə müsabiqədə layiqli yer tuta biləcəyinə əmindir.
Müğənni Azərbaycanı Eurovision-2022-də təmsil etməyə hazırdır, lakin bir şərtlə ki, müsabiqə mahnısının müəllifi özü olsun. Onun sözlərinə görə, yalnız bu halda, müsabiqənin qalibi olmaq şansı olacaq.
Aysel Məmmədova 1989-cu ildə Bakıda anadan olub. O, uzun illərdir ki, öz mahnılarını yazır və kifayət qədər uğur qazanıb. Bu yaxınlarda hitə çevrilən "O mənə söz verib" mahnısını təqdim edib. Bəstənin klipinin çəkilişləri Kiyevdə aparılıb.
Aysel Məmmədova beynəlxalq caz və musiqi festivallarının iştirakçısıdır. Müğənni rusiyalı ulduzlarla birlikdə Bakıda keçirilən “JARA” festivalında da iştirak edib. Eurovision-2018-dən sonra o, səkkizinci yeri tutduğu Yeni Dalğa müsabiqəsində iştirak edib.
Həmçinin oxuyun:
Avroviziyada finala çıxa bilməyən müğənni öz dilimizdə oxumağa keçdi - VİDEO