RUSİYA

Moskvada qumbaralı terror təhlükəsi: Adamlar Ticarət mərkəzindən evakuasiya edilib - VİDEO

Polisi görən kişi cibindən qumbara çıxararaq yaxınlaşacağı təqdirdə partladacağı ilə hədələyib. Daha sonra binadan çıxaraq metro istiqamətinə qaçıb.
Sputnik
BAKI, 27 dekbar - Sputnik. Moskvanın “Voykovskaya” metro stansiyası yaxınlığında yerləşən “Metropolis” ticarət mərkəzində qumbara təhlükəsi ilə bağlı müştərilər evakuasiya edilib.
Bu barədə “Mash” teleqram kanalı “112” xidmətinə istinadən məlumat yayıb.
Ticarət mərkəzinə gələn naməlum şəxs ətir oğurlayarkən mühafizəçi onu görüb və saxlamağa çalışıb. Bu zaman kişi cibindən qumbara çıxararaq yaxınlaşacağı təqdirdə partladacağı ilə hədələyib. Daha sonra o, binadan çıxaraq metro istiqamətinə qaçıb.
Polis həmin şəxsi axtarışına başlayıb.
Bəzi mənbələrə görə, o, hətta silahdan atəş də açıb.
Qeyd edək ki, ötən gecə daha bir fövqəladə hadisə də Rusiyanın Saratov vilayətində baş verib. Belə ki, yaşayış binasında yanğın zamanı 3 nəfər ölüb.
Bu barədə regional Fövqəladə hallar xidməti məlumat yayıb.
Hadisə bu gün axşam saatlarında Aleksandrov-Qayski rayonunun Aleksandrov Qay kəndində qeydə alınıb.
Yanğın söndürülüb. Dağıntılar altından biri uşaq olmaqla üç nəfərin cəsədi tapılıb.