TƏHSİL

DİM imtahanların vaxtını açıqlayıb

Dövlət İmtahan Mərkəzi 2022-ci ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixləri haqqında məlumat yayıb.
Sputnik
BAKI, 27 dekabr — Sputnik. Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2022-ci ilin yanvar ayında dövlət qulluğuna (A növü) qəbul və Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı keçiriləcək.
Fevral ayında isə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı, dövlət qulluğuna (B növü) qəbul, magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) və peşə liseylərinin buraxılış imtahanının keçirilməsi nəzərdə tutulur.
Magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) 20 fevral 2022-ci ildə keçiriləcək.