BAKI, 27 dekabr — Sputnik. Deputat tələbə inşaat dəstələrinin yaradılmasını təklif edib.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib ki, Azərbaycan gəncləri gedib Qarabağda işləməlidirlər: "Bu, 10 minə qədər işçi qüvvəsi deməkdir. Azərbaycan gənci Qarabağda döyüşüb, qazi olub, şəhid olub. Bu gənclər indi də o tikinti işlərində iştirak edə bilərlər. Bütün tələbələr oraya könüllü gedib, o işlərdə iştirak edə bilərlər. Onlar pul da istəməyəcəklər. Qarabağda müharibəyə gedənlər pulla gedirdilər?"
"Ağdamda bu gün böyük işlər görülür, şəhər bərpa olunur. Bu işlər bütün Qarabağda görülür", - deyə deputat əlavə edib.
Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclası keçirilir. İclasın gündəliyinə 19 məsələ daxil edilib.
Eləcə də oxuyun: