HADİSƏ

COVID xəstəsini aparan təcili tibbi yardım maşını qəzaya uğrayıb

Nəticədə təcili tibbi yardım maşınının sürücüsü və Qax şəhərindən Qobustan rayonuna müalicə üçün aparılan koronavirus xəstəsi xəsarət alıb.
Sputnik
BAKI, 27 dekabr — Sputnik. Qaxdan Qobustana COVID-19 xəstəsi aparan təcili tibbi yardım maşını qəzaya düşüb.
Hadisə bu gün saat 16 radələrində Şəki şəhərində Salman Mümtaz küçəsində baş verib.
Qax rayon sakini, 1988-ci il təvəllüdlü Amiran Bayramaşvilinin idarə etdiyi, Qax Rayonu Mərkəzi Xəstəxanasına məxsus təcili tibbi yardım maşını yük avtomobili ilə toqquşub.
Nəticədə təcili tibbi yardım maşınının sürücüsü və Qax şəhərindən Qobustan rayonuna müalicə üçün aparılan koronavirus xəstəsi xəsarət alıb.
APA faktla bağlı araşdırma aparıldığını bildirib.