TƏHSİL

Bakıda koronavirusa görə bağlanan məktəbdə dərslər bərpa edildi

COVID-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar dekabrın 15-də təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılmışdı.
Sputnik
BAKI, 27 dekabr — Sputnik. Bakıdakı 36 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.
Sputnik Azərbaycan xəbər verir ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Qeyd edək ki, dekabrın 15-i sözügedən məktəbdə COVID-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılmışdı.
Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 36 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunmuşdu.