BAKI, 26 dekabr - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Twitterdəki hesabında maraqlı paylaşım edib.
O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyətinin üzvü, Bosniya və Herseqovinanın sabiq Baş naziri (2001-2002) Zlatko Laqumdziyanın doğum gününü təbrik edib.
“Doğum gününüz mübarək olsun Laqumdziya. Hamı üçün sağlamlıq və bərabərlik üçün güclü təbliğatınıza görə təşəkkür edirəm”, - deyə ÜST rəhbəri paylaşımında qeyd edib.
ÜST rəhbəri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Zlatko Laqumdziyanın doğum günü ilə bağlı təbrik çarxını da paylaşıb.