DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrailin baş naziri qızına görə ani qərar verdi

Qızının koronavirus testinin müsbət çıxdığını eşidən İsrailin Baş naziri Naftali Bennet hökumətin iclasını tərk etməli olub.
Sputnik
BAKI, 26 dekabr - Sputnik. İsrailin Baş naziri Naftali Bennet qızının koronavirus testinin müsbət çıxmasından sonra özünü təcrid edib.
Bunu Baş nazirin mətbuat katibi Anna Yonatan-Leus RİA Novosti-yə bildirib.
"Hökumətin iclası zamanı qızının koronavirus testinin müsbət çıxdığını öyrənən Baş nazir dərhal iclası tərk edib", - Yonatan-Leus vurğulayıb.
Hökumətin iclasına ədliyyə naziri Gideon Saar sədrlik etməli olub.
Bennet PCR testindən keçəcək və qızı ilə birlikdə özünü təcrid edəcək.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin də ətrafında koronavirusa yoluxma halları aşkar olunması səbəbindən özünü təcrid etmişdi.