BAKI, 26 dekabr - Sputnik. Rusiyanın NATO-nun şərqə doğru genişlənməsinə reaksiyası çox fərqli ola bilər, qərar rus hərbi ekspertlərinin verdiyi təkliflərdən asılıdır.
Bu sözləri Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” telekanalının efirində jurnalist Pavel Zarubinə “Moskva. Kreml. Putin” proqramının anonsunda deyib.
"Bu (Rusiyanın cavabı) çox fərqli ola bilər. Bu, hərbi ekspertlərimizin mənə verəcəyi təkliflərdən asılıdır", - Putin bildirib. O əlavə edib ki, Rusiya diplomatik danışıqlarda nəticə əldə etmək üçün ABŞ və NATO-ya strateji təhlükəsizlik təminatları təklif edib.
“Ancaq ümid edirəm ki, hər şeyə rəğmən, biz bu diplomatik proses baxımından nəyisə söndürmək və dayandırmaq üçün nəsə təklif etməmişik. Lakin diplomatik danışıqlarda artıq dediyim kimi, hüquqi cəhətdən, təklif etdiyimiz sənədlər çərçivəsində nəticə əldə etmək üçün çalışacaq”, - Putin bildirib.