BAKI, 26 dekabr - Sputnik. Müğənni və iş adamı Emin Ağalarov həmyerliləri üçün Xəzərin sahilində yerləşən “Sea Breeze Event Hall”da ənənəvi qış konserti ilə çıxış edib. Bu barədə Sputnik Azərbaycan xəbər verir.
Avqustun sonunda Emin iki ildən sonra ilk dəfə olaraq Bakı pərəstişkarları qarşısında çıxış edib. Karantin məhdudiyyətlərinə görə gecənin qonaqlarının sayı cəmi 150 nəfər olub. Müğənninin yaradıcılığının digər pərəstişkarları isə konsertə gələ bilmədikləri üçün o, yenidən vətənində çıxış etmək qərarına gəlib.
Hiss olunur ki, Bakıda Emin üçün cox darıxıblar - zalda bir dənə də olsun boş yer yox idi. Şaxtalı havaya baxmayaraq, konsertdəki bütün xanımlar zərif libaslarda, kişilər isə kostyumda iştirak ediblər. Konsert məkanına girməzdən əvvəl bütün qonaqların COVID pasportları yoxlanılırdı.
Emin Ağalarov konsert verib
© Photo : courtesy of Emin Agalarov
Emin Ağalarov qonaqları salamlayıb.
“Bu axşamkı konsertim həm də anam İrina Ağalarovanın salonda olması səbəbindən əlamətdardır. O, Bakıya mənə görə uzaqdan gəlib. Həmçinin qızım Afina da salondadır. Qızım ilk dəfə olaraq mənim çıxışımı izləyəcək”, - deyə Ağalarov qeyd edib.
Emin Ağalarov konsert verib
© Photo : courtesy of Emin Agalarov
Müğənnini dinləməyə hətta keşmiş həyat yoldaşı, Azərbaycan Prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da gəlib.
Qonaqlar üçün müğənni həm köhnə sevilən mahnılarını, həm də tamamilə yeni kompozisiyalarını ifa edib. Ənənəvi olaraq Eminin heç bir konserti əfsanəvi Müslüm Maqomayevin repertuarından olan mahnıları olmadan keçmir. Ağalarov bu dəfə tamaşaçılar üçün “Mavi əbədiyyət” kompozisiyasını ifa edib.
Müğənni hər bir qonağa xüsusi diqqət yetirirdi, yaxınlaşırdı, selfi çəkdirirdi, tamaşaçılarla ünsiyyət qururdu. Sonuncu mahnısını ifa edildikdən sonra Emin səhnəni tərk etsə də, alqış sədaları səngimədiyi üçün yenidən geri qayıdıb.
Emin Ağalarov konsert verib
© Photo : courtesy of Emin Agalarov
Emin qonaqlar üçün Maksim Fadeyevin yazdığı məşhur “Mənim Azərbaycanım” kompozisiyasını da ifa edib.
Müğənninin anası konsert boyu oğlunun ifasını fəxrlə izləyib. Sputnik Azərbaycan-la söhbətində İrina Ağalarova Bakıya gəlməkdən həmişə məmnun olduğunu etiraf edib.
“Konsert sadəcə möhtəşəm keçdi. Yeni il Eminin ən sevimli bayramıdır, çünki dekabrın 31-də mən və qızı Afina dünyaya gəlmişik. Bu gün onun üçün hər zaman ən xoşbəxt günlərdən birdir. Yeni ildə mən ona nə arzulaya bilərəm, əlbəttə ki, uğur və güc”, - deyə Ağalarova vurğulayıb.