BAKI, 26 dekabr - Sputnik. Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp Azərbaycanın kəndlərinin birindən maraqlı paylaşım edib.
Səfir özünün Twitterdəki hesabında yaşayış məntəqlərindən birinin fotosunu “Kənd yerində” başlığı ilə paylaşıb. Diplomat buranın hansı rayonun kəndi olduğunu açıqlamayıb.
Report xatırladır ki, Ceyms Şarp daha əvvəl Britaniyanın Azərbaycanın işğaldan azad olunan ərazilərində tibb ocaqlarının yaradılmasına kömək edəcəyini bildirib.
Şarp 44 gün davam edən Vətən müharibəsində işğaldan azad olunan ərazilərdə tibb müəsissələrinin yaradılmasında Böyük Britaniyanın köməyini əsirgəməyəcəyini söyləyib.
Onun bundan əvvəlki paylaşımı Sədərək Ticarət Mərkəzindən olub. Şarp oradan Yeni il üçün alış-verib edib.