BAKI, 26 dekabr - Sputnik. Bakı Metropoliteninin Yeni il qatarı bu gündən Şaxta baba və Qar qız sorağı ilə hər gün xətdə olacaq.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
"Yeni il qatarı bu gündən Şaxta baba və Qar qız sorağı ilə xəttə çıxır. Hər gün xətdə olacaq", - B.Məmmədov bildirib.
Xatırladaq ki, "Bakı Metropoliteni" indiyə qədər metro stansiyalarında sərnişinlərə bayram əhval-ruhiyyəsi yaşatmaq üçün maraqlı layihələr həyata keçirib.
Hələ 2017-ci ildə Şaxta baba və Qar qız metronun kiçik sərnişinlərinə - uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar hədiyyə edib. "İçərişəhər" metrostansiyasından start verilib. Şaxta baba və Qar qız bu stansiyaya "Bakmil"dən retro qatarla gəliblər.
Şaxta baba və Qar qız obrazlarında "Bakı Mertopoliteni" QSC-nin rəhbər işçiləri - qurumun mətbuat xidmətinin o zamankı rəhbəri Nəsimi Paşayev və marketinq şöbəsinin rəisi Lalə Babayeva çıxış edib.