DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Azərbaycanla sərhədi bağladı - Səbəb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 1-dək uzadılıb.
Sputnik
BAKI, 25 dekabr - Sputnik. İran yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamına yoluxma hallarının artmasına görə quru sərhədlərini bağlayır. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu haqda qərarı İranın Koronavirusla Mübarizə Qərargahı qəbul edib.
Bildirilib ki, İranın Türkiyə, İraq, Əfqanıstan, Azərbaycan, Ermənistan və Pakistanla quru sərhədləri bu gündən etibarən 15 gün müddətinə qapadılır.
Baş nazir Əli Əsədov Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb.
Qərarla Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 1-dək uzadılıb.
Onu da qeyd edək ki, hazırda dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.