RUSİYA

"Qazprom"un rəhbəri Azərbaycan Prezidentini təbrik edib

Şirkət rəhbəri dövlət başçısına səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, səmərli və uğurlu fəaliyyət, Azərbaycan naminə yeni genişmiqyaslı zəfərlər diləyib.
Sputnik
BAKI, 25 dekabr — Sputnik. Rusiyanın "Qazprom" Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik ünvanlayıb. Bu barədə Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir.
Təbrik mətndə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
"Qazprom" Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 60 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, səmərli və uğurlu fəaliyyət, Azərbaycan naminə yeni genişmiqyaslı zəfərlər diləyirəm".
Həmçinin oxuyun:
Lukaşenko Prezident İlham Əliyevə zəng edib
Ölkə prezidentinə dünyanın dörd bir yanından təbriklər gəlməyə davam edir
İlham Əliyev ad gününü Şuşada ailə üzvləri ilə birlikdə qeyd etdi - VİDEO