RUSİYA

MDB-nin yaranmasının 30 illiyinə həsr olunmuş jurnal işıq üzü görüb

Rusiyanın Əməkdar memarı İqor Voskresenski: Bakıda tarixi abidələr ideal vəziyyətdə qorunub saxlanılır. Eyni zamanda, Azərbaycan paytaxtı müasir inkişafını davam etdirir.
Sputnik
BAKI, 25 dekabr - Sputnik. Moskvada MDB-nin yaranmasının 30 illiyinə həsr olunmuş jurnalın təqdimat mərasimi keçirilib. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, MDB İcraiyyə KomitəsiRusiya Dövlət Kitabxanası tərəfindən hazırlanmış nəşrdə Birlik ölkələrinin ötən 30 ildə əldə etdikləri nailiyyətlərdən söhbət açılır.
Jurnalda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun “İnsanları mədəniyyət birləşdirir” sərlövhəli məqaləsi yer alıb. Məqalədə səfir Polad Bülbüloğlu oxuculara sədri olduğu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun fəaliyyəti barədə məlumat verib.
Rusiyanın Əməkdar memarı İqor Voskresenski MDB-də Arxitektura İli ilə əlaqədar jurnala verdiyi müsahibəsində Bakının memarlıq incilərindən söz açıb.
Bildirib ki, Bakıda tarixi abidələr ideal vəziyyətdə qorunub saxlanılır. Eyni zamanda, Azərbaycan paytaxtı müasir inkişafını davam etdirir.
Bakıdakı dənizkənarı parkın, məşhur memar Zaha Hadidin layihəsi əsasında tikilmiş Heydər Əliyev Mərkəzinin təkrarsızlığından söz açan İ.Voskresenski vurğulayıb ki, Azərbaycan öz memarlığı ilə fəxr edə bilər.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova, MDB İcraiyyə Komitəsinin nümayəndəsi Aleksandr Zavarzin, Rusiya Dövlət Kitabxanasının direktoru Vadim Duda və başqaları çıxış ediblər.
Həmçinin oxuyun:
PA rəsmisi: "Rusiya ilə münasibətlər daha da yaxşılaşacaq"
Elçin Əzizov “Birlik Ulduzları” mükafatına layiq görülüb