MƏDƏNİYYƏT

Türkiyənin məşhur serialında Azərbaycan musiqisi səslənib - VİDEO

Sözügedən mahnı Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş "Azərbaycanfilm"in istehsalı olan, rejissor Rüfət Həsənovun lentə aldığı "Yoxdur belə söhbət" filmində də səslənib.
Sputnik
BAKI, 24 dekabr — Sputnik. Reytinqlərdə ilk sırada yer alan "Masumlar apartmanı" serialında Azərbaycan mahnısı səslənib. Sputnik Azərbaycan xəbər verir ki, ekran işində musiqisi və sözləri musiqiçi Azər Cırttana məxsus "Niyə belə uzundur bu yollar" mahnısı ifa olunub.
Bəstəni Azərbaycanlı, iranlı və türk musiqiçilərdən ibarət olan "No land" qrupu oxuyub.
Qeyd edək ki, sözügedən mahnı Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş "Azərbaycanfilm"in istehsalı olan, rejissor Rüfət Həsənovun lentə aldığı "Yoxdur belə söhbət" filmində də səslənib. Romantik-komediya janrında olan tammetrajlı film 2017-ci ildə çəkilib, 2018-ci ildə yayımlanıb.
"Masumlar apartmanı" serialı 2020-ci ilin sentyabrından TRT 1 kanalında yayımlanıb. Serialda tanınmış aktyorlar - Ezgi Mola, Birkan Sokullu, Merve Dizdar rol alıblar.