BAKI, 24 dekabr — Sputnik. Ölkənin vahid nəqliyyat və logistika konsepsiyası hazırlanıb.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktik konfransda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Onun sözlərinə görə, bu konsepsiyada hazırda işğaldan azad olunmuş ərazilərdə inşa edilən yolların stress testlərinin nəticələri əks olunub: "Qarabağda stress testlər onu göstərir ki, 1441 km uzunluğunda çəkiləcək yollar nəinki bu gün, 2041-ci ildə də ən pik saatlarda yalnız 61% yüklənəcək. Dünya orta göstəricisi təxminən 80%-dir.
Bu, bir daha Azərbaycan hökumətinin sözügedən ərazilərdə gördüyü işləri hansı koordinasiya ilə, hansı planlama ilə icra etməsinin bariz nümunəsidir".