RUSİYA

Rusiyada Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında görüş keçirilib

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə keçirilən görüşdə iki xalq arasında gərginliyi azaltmaq istiqamətində atılacaq addımlar müzakirə edilib.
Sputnik
BAKI, 24 dekabr — Sputnik. Dekabrın 23-24-də Moskva şəhərində Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında Qarabağ müharibəsi başa çatandan bu yana ilk dəfə görüş keçirilib.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə keçirilən görüşdə iki xalq arasında gərginliyi azaltmaq istiqamətində atılacaq addımlar müzakirə edilib.
Rusiya paytaxtında keçirilən görüşdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər.
Analoji görüşün gələn ilin əvvəlində də keçirilməsinə dair razılıq əldə edilib.
Xatırladaq ki, Şvıdkoy noyabrın 24-də Bakıda başlayan və noyabrın 26-dək davam edəcək "Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü" mövzusunda beynəlxalq forumda iştirak etmək üçün Bakıya gəlib. O, 2022-ci ilin yazına və ya yayına kimi Şuşa şəhərinə səfər etmək niyyətində olduğunu açıqlayıb.
Həmçinin oxuyun:
Rusiya prezidentinin xüsusi nümayəndəsi: "Putinlə Əliyevi dostluq münasibətləri bağlayır"