Azərbaycan Prezidenti vəzifəsi ilə əlaqədar olaraq tez-tez respublikamızın müxtəlif rayonlarına səfər edir. Bu mənada, İlham Əliyevin 2021-ci ildə də səfər qrafiki çox dolğun olub. Bu isə təbiidir, çünki dövlət başçısı il ərzində uzunmüddətli işğaldan azad olunmuş bütün Azərbaycan rayonlarına da baş çəkib.
Və prezidentin ölkənin istənilən guşəsinə səfəri həmin rayonun inkişafına, yeni obyektlərin açılmasına, sakinlərin həyat şəraitinin yaxşılaşmasına səbəb olur.
Sputnik Azərbaycan İlham Əliyevin 60 illik yubileyi münasibətilə dövlət başçısının ayrı-ayrı bölgələrə səfəri, mühüm obyektlərin açılış mərasimlərində çəkilmiş ən rəngarəng və yaddaqalan kadrları özündə əks etdirən fotolenti oxucularına təqdim edir.