CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda minimum pensiya artırılır

Bu artım minimal pensiya alan vətəndaşlarımızın sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edəcək.
Sputnik
BAKI, 24 dekabr — Sputnik. Milli Məclisin iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliyə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olan “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də aparılan sosial islahatların tərkib hissəsidir.
Layihədə təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 20 faiz artaraq 240 manat məbləğində müəyyən olunur. Bu, minimal pensiya alan vətəndaşlarımızın sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edəcək.
Layihə səsə qoyularaq qəbul edilib.