QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad edilmiş ərazilər üzrə yeni plan hazırlanıb

Konfransda həmçinin qeyd olunub ki, ölkənin vahid nəqliyyat və logistika konsepsiyası hazırlanıb.
Sputnik
BAKI, 24 dekabr — Sputnik. İşğaldan azad edilmiş ərazilərin 2022-2026-cı illərdə Dayanıqlı İnkişafı Proqramı hazırlanıb. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" mövzusunda elmi-praktiki konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib.
Sahib Ələkbərov deyib ki, işğaldan azad edilmiş ərazilərin 2022-2026-cı illərdə Dayanıqlı İnkişafı Proqramı hazırlanaraq müvafiq qaydada təqdim olunub.
Konfransda həmçinin qeyd olunub ki, ölkənin vahid nəqliyyat və logistika konsepsiyası hazırlanıb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə bildirib ki, bundan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1 441,7 km uzunluğunda yollar salınacaq: “Bu yollar qarşıdakı 20 ildə istifadəyə veriləcək və onlar nəinki indi, hətta 2041-ci ildə cəmi 61% yüklənəcək. Halbuki dünyada bu rəqəm 85% civarındadır. Bu, bir daha dövlətimizin işğaldan azad edilmiş ərazilərə olan diqqət və qayğısını göstərir. Hazırda sözügedən istiqamətdə xüsusi konsepsiya hazırlanır. 101 km uzunluqda Zəfər Yolu artıq istifadəyə verilib və ümumi uzunluğu 1 441,7 kilometr təşkil edən digər 15 yol layihəsi də ardıcıl olaraq tamamlanacaq".