BAKI, 23 dekabr — Sputnik. Yeni ilə sayılı günlər qalır. Bu bayramda ən çox sevinən uşaqlar olur. Amma şimal bölgəsinin uşaqları o qədər də sevincli deyillər. Buna səbəb həmin rayonlarda bayramla əlaqədar olaraq uşaqlar üçün tədbirlərin olmamasıdır. Bu barədə
Şabran rayon sakini
Xumar Məmmədova Sputnik Azərbaycan-a öz narazılığını bildirdi. Onun sözlərinə görə, iki övladı var amma uşaqların heç biri bayramın gəlişinə görə çox da sevinə bilmirlər. Səbəb isə rayonlarda bayram şənliklərinin, teatr tamaşalarının olmamasıdır.
Daha bir valideyn Quba rayon sakini Rəmayə Eldarova da məsələ ilə bağlı öz narazılğını dilə gətirib. Rəmayə xanım bildirib ki, bayramdan əvvəl məcbur qalıb nəvələrini Bakıya aparmalı olur. Bu da onlar üçün əlavə xərc deməkdir:
Siyəzən sakini Zamiq Abdullayev də sözügedən problemdən şikayət edənlər sırasındadır:
“Hər bir rayonda mədəniyyət mərkəzləri, teatrlar, mədəniyyət evləri var. Amma demək olar ki, heç biri tədbir hazırlamır. Biz demirik ki, havayı olsun. Pulumuzu verək qarşılığında uşaqlarımızın da üzü gülsün. Əslində, bayramlarla bağlı tədbirlər adətən 3-5 günlük olur. Bunu da etmirlərsə, nəyə lazımdır bu idarələr? Hamı kimi bizlərdə istəyirik ki, bayramlarda uşaqlarımız sevinsin. Kimsə övladlarını paytaxt Bakıya aparır. Axı hamıda bu imkan yoxdur. Dünən Bakıdan qonaqlarımız gəlmişdi. Onların uşaqları sirkə, kukla teatrına, teatr tamaşalarına getməklərindən danışdıqca bizim uşaqlar ağızlarını açıb qulaq asırdılar. Bu mənzərə mənə bir valideyn kimi çox pis təsir etdi. Mədəniyyət Nazirliyinə, yerli orqanlara üzümüzü tutub xahiş edirik ki, gələn Novruz bayramına qədər bu problemi həll etsinlər”.
Məsələ ilə bağlı Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Musayevlə əlaqə saxladıq.
O,
Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirdi ki, Xaçmazda dekabr ayının 25-dən 30-dək uşaq tamaşaları göstəriləcək.
“Dekabrın 25-dən ayın sonuna qədər Xaçmaz Rayon Mədəniyyət mərkəzində uşaq tamaşaları göstəriləcək. Ayın 27-də isə tamaşa şəhid və qazi ailələri üçün təmənnasız olacaq. Başqa rayonlar üçün də gələcək bayramlar üçün də tədbirlərin təşkili düşünülür”.