RUSİYA

Putin böyük mətbuat konfransı keçirir - Canlı yayım

Rusiya telekanalları həmişəki kimi yayıma üç saat efir vaxtı ayırıb, ancaq ümumilikdə vaxt məhdudiyyəti yoxdur.
Sputnik
BAKI, 23 dekabr — Sputnik. Vladimir Putin bu gün Kremldə ölkə rəhbəri kimi 17-ci illik mətbuat konfransını keçirir. Tədbir aşağıdakı mövzuları əhatə edir:
Koronavirus pandemiyası
Vaksinasiya və QR-kod
İqtisadi vəziyyət
İnflyasiya və vətəndaşların gəlirlərinin azalması
ABŞ, Aİ və NATO ilə münasibətlər
Ukrayna və "Rusiyanın gözlənilən hücumu"
Təbii qaz, boru kəmərləri və qiymətlər
Ölkənin inkişaf məsələləri, milli proqramlar və prioritetlər
Postsovet inteqrasiyası və təsir sahələri
Hakimiyyət tranziti, kadr siyasəti, siyasi varislik məsələləri
Putin birinci prezidentlik dönəmindən, 2001-ci ildən etibarən genişmiqyaslı illik mətubat konfransı keçirmək ənənəsinin əsasını qoyub. Bu tədbir daha çox ilin sonuna, dekabr ayına təsadüf edir.
Bu il mətbuat konfransının "Manej" sərgi mərkəzində keçirilməsi qərara alınıb.
Epidemioloji vəziyyətlə əlaqədar olaraq bu il jurnalistlərin akkreditasiyası yeni qaydada həyata keçirilib. Jurnalistləri tədbirə birbaşa Kremlin mətbuat xidməti dəvət edib. Cəmi 507 şəxs akkreditasiyadan keçirilib. Bu il mətbuat konfransına RTVI-dən Sergey Şnurov və xüsusi media layihəsinin müəllifi olan Kseniya Sobçak da dəvət olunublar.
Rusiya telekanalları həmişəki kimi yayıma üç saat efir vaxtı ayırıb, ancaq ümumilikdə vaxt məhdudiyyəti yoxdur. Məsələn, keçən il mətbuat konfransı 4 saat 29 dəqiqə davam edib. Bu formatın tarixində ən qısa tədbir isə 2001-ci ildə Prezidentin jurnalistlərlə söhbəti olub ki, o da cəmi saat yarım çəkib. 2008-ci ilin mətbuat konfransı isə müddətinə görə rekord qazanıb. Belə ki, həmin vaxt Putin 4 saat 40 dəqiqə ərzində 106 suala cavab verib.