AZƏRBAYCAN XƏBƏRLƏRİ

Strateji obyektlərin mühafizəsi ilə bağlı fərman imzalandı

Prezident Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı fərman imzalayıb.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə təsdiq edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmanla həmçinin Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin strukturu, hərbi qulluqçularının və mülki işçilərinin say həddi, ali zabit heyəti vəzifələrinin siyahısı da təsdiqlənib.
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə mühafizəsini təmin etdiyi şəxslərin siyahısı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək həvalə olunub.
Fərmandan irəli gələn məsələləri həll etmək Nazirlər Kabinetinə tapşırılıb.