AZƏRBAYCAN XƏBƏRLƏRİ

Şimal bölgəsi ağ örpəyə büründü

Qarın yağması ilə bir neçə kəndə güclü şaxta düşüb. Ən çox şaxta Qubanın Qrız kəndində -7,8 Xınalıqda isə -7,4 dərəcə qeydə alınıb.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. Dünən gecə respublikanın Şimal bölgəsinin bir neçə rayonuna güclü qar yağıb. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, qar Quba, Qusar, Şabran və Xızı rayonlarına yağıb.
Ən çox qar 25 sm olmaqla Qubanın Qrız kəndinə düşüb. Xınalıqda isə qarın hündürlüyü 17 sm, Şabranın Dağbili, Zeyvə kəndlərində isə qarın hündürlüyü 16sm-dır.
Şimal bölgəsində qar
Qarın yağması güclü şaxta ilə müşayiət olunub. Ən çox şaxta Qubanın Qrız kəndində -7,8 olub. Xınalıqda isə -7,4 dərəcə şaxta qeydə alınıb.
Şimal bölgəsində qar
Quba və Qusarın rayon mərkəzlərində qarın hündürlüyü 5 sm təşkil edib. Xızının Altıağac qəsəbəsinə isə 6 sm qar yağıb.