BAKI, 22 dekabr — Sputnik. "Azərbaycan Prezidenti İlham Əliyev ən nüfuzlu liderlərdən biridir". Sputnik Azərbaycan xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Azərbaycan – Rusiya münasibətləri, müasir Azərbaycanın inkişafında Prezident İlham Əliyevin roluna həsr olunmuş onlayn "dəyirmi masa"da bildirib.
O xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri 30 ilə yaxın Ermənistan tərəfindən qulağardına vurulduqdan sonra Azərbaycan Prezidentinin məqsədyönlü səyləri sayəsində işğal edilən torpaqlar geri qaytarıldı, Azərbaycan Ordusunun gücünü hər kəs gördü: "Azərbaycan ordusu döyüş aparmağın mükəmməl nümunələrini göstərdi".
Rusiyalı politoloq sıldırım qayalardan dırmaşmaqla həyata keçirilmiş Şuşa əməliyyatını nümunə çəkib.
Hazırda ötən ilin 10 noyabr birgə bəyanatının şərtlərini tam yerinə yetirilməsini, o cümlədən təhlükəsizliyin təminatının ən ümdə vəzifə olduğunu vurğulayan ekspert Azərbaycan və Rusiya prezidentlərinin dost münasibətlərinin hər iki ölkənin inkişafına töhfə verdiyi söyləyib.
O, həmçinin Azərbaycanda rus əhalisinə və rus dilinə münasibətin müsbət olduğunu deyib: "Azərbaycanda etnik ruslar heç bir ayrı-seçkiliyə məruz qalmır, müxtəlif vəzifələrdə çalışırlar".