HADİSƏ

Metropolitenin iki əməkdaşı vəfat edib

"Bakı Metropoliteni" QSC-nin kollektivi mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. "Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki iş başında vəfat edib.
"Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, 1965-ci il təvəllüdlü Eldar Süleymanov bu gün səhər saat 7:55-də "Elmlər Akademiyası" stansiyasında özünü pis hiss edib. Dərhal ona təcili tibbi yardım xidməti çağırılıb, ilkin yardım edilib.
TTY xidməti çatana qədər həmin şəxs dünyasını dəyişib.
Bu gün "Bakı Metropoliteni" QSC-nin Tikinti departamentinin Dəmir yolunun tikintisi və əsaslı təmir işləri üzrə dəstəsinin rəisi, 1959-cu il təvəllüdlü Babaşxan Baxışov da işə gələrkən ürək tutmasından vəfat edib.
Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, B.Baxışov 2017-ci ildən metropolitendə bu sahəyə rəhbərlik edib, yeni tipli dəmir yolunun qurulması sahəsində peşəkar mütəxəssis və rəhbər olub.
"Xüsusən yollarda ağac şpalların dəmir-beton bloklarla əvəz edilməsi kimi mütərəqqi layihələrin həyata keçirilməsini onun başçılıq etdiyi sahə həyata keçirir. Bu sahənin formalaşması və qurulmasında B.Baxışovun rolu və xidməti böyükdür", - deyə B.Məmmədov qeyd edib.
Xatırladaq ki, bu gün "Bakı Metropoliteni"nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki, 1965-ci il təvəllüdlü Eldar Süleymanov da işə gələrkən vəfat edib. Allah rəhmət eləsin!
"Bakı Metropoliteni" QSC-nin kollektivi mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.