AZƏRBAYCAN XƏBƏRLƏRİ

FHN-in bir qrup hərbi qulluqçusuna ali rütbələr verilib

Prezident nazirliyin beş əməkdaşına general-mayor və general-leytenant rütbələri verib.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
"general-leytenant" ali hərbi rütbəsi
general-mayor İlham Əyyub oğlu Abdullayevə
general-mayor Şahmar Ənvər oğlu Paşayevə
"general-mayor" ali hərbi rütbəsi
polkovnik Adil Ələsgər oğlu Abdullayevə
polkovnik Əşrəf Məmməd oğlu Qasımova
polkovnik Raul Süleyman oğlu Zeynalova.